Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək


Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun növbəti qarşılaşmaları baş tutacaq.
Oyun günü qadın voleybolçuların dueli ilə başlayacaq.

"Gəncə" komandası Gəncə İdman Sarayında UNEC-i qəbul edəcək. Görüş Saat 14:00-da start götürəcək.

Növbəti görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında "Gənclər" və "Milli Aviasiya Akademiyası" komandaları arasında keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Kişi voleybolçuların mübarizəsində isə saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Murov Az Terminal" kollektivləri üz-üzə gələcəklər.

Qeyd edək ki, XVI turun oyunlarına martın 6-da yekun vurulacaq.

Aknews.az

Xəbərlər