Cəlilabad şəhər 9 saylı tam orta məktəbin kimya müəllimi Pərviz Vəkilov məktəb rəhbərliyi və yerli təhsil şöbəsi barədə ağır ittihamlarla çıxış edib.
Nələr baş verir?
Müəllimin Facebook sosial şəbəkəsində paylaşdığı açıq müraciətində bildirilir ki, məktəb rəhbərliyi tərəfindən ona əsassız yerə töhmət verilib. P.Vəkilov bu töhməti qəbul etməyib imza atmaqdan imtina etdikdən sonra isə rəhbərlik tərəfindən ona qarşı şantaj kampaniyasına başlanılıb.
Laboratoriya ləvazimatları ilə şantaj:
İddiaya görə, məktəb rəhbərliyi avadanlıqları tanımayan şəxslərlə fizika kabinetində yoxlama apararaq, şagirdlər arasında Pərviz müəllimin laboratoriyadan inventar oğurlaması barədə şayiələr yayıb.
Rüşvət və qohumbazlıq iddiaları:
Müəllim ən ağır ittihamı isə rüşvət barədə səsləndirib: "4 ay bundan qabağa qədər hər maaşda əlim cibimdə olurdu deyə o otaqda görünmürdüm, 4 aydı əlim cibimdə deyil belə sərlənirəm hə?"
P.Vəkilov həmçinin bu qanunsuzluqlara Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Cəlilabad Rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalovun "öz qohumunu qorumaq üçün" göz yumduğunu iddia edib. Müəllim aidiyyəti dövlət qurumlarından təcili kömək istəyib.
"Qala Media"
Aknews.az