Xətai rayonunda piyada səkisi bir gecədə zəbt olundu


Xətai rayonu, Sarayevo küçəsi 68 ünvanında piyadaların gediş-gəliş yolunun zəbt edilməsi sakinlər tərəfindən ciddi narazılıqla qarşılanıb.
"32gun.az" redaksiyasına daxil olan şikayətə görə, qeyd olunan ünvanda mövcud obyektin qarşısında, bir gecənin içində yeni dəmir konstruksiyalı tikili ucaldılıb. Sakinlər bildirir ki, səkinin böyük bir hissəsini əhatə edən bu qanunsuz tikili piyadaların hərəkətini tamamilə məhdudlaşdıraraq onları təhlükəli avtomobil yoluna çıxmağa məcbur edir.

Fotoşəkillərdən də aydın görünür ki, əvvəllər boş olan və piyadalar üçün nəzərdə tutulan sahə indi qapalı obyektə çevrilib. Sakinlər aidiyyatı qurumlardan səkinin zəbt olunmasına dərhal reaksiya vermələrini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.
Aknews.az

Xəbərlər