AYNA-da dövlətin qanunları KEÇƏRLİ DEYİL - BU DA FAKT...


"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" (AYNA) Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
"DİA-AZ" xəbər verir ki, tenderin predmeti "AVL Sistemi və AVL İT İnfrastruktur Xidmət Səviyyəsi Müqaviləsi" üzrə xidmətlərin satın alınmasıdır. Müqavilənin məbləği 2 100 000 manat təşkil edir.

Müqavilə "NEC TELEKOMÜNİKASYON VE BİLGİ TEKNOLOJİLERİ LTD. ŞTİ." (VÖEN – 6300402386) ilə bağlanıb.
Məlumat üçün bildirək ki, söqzügedən şirkət 19 mart 2025-ci il tarixində Agentliyin AVL sistemi, İT infrastrukturu və proqram təminatı xidmətlərini nəzərdə tutan 2 595 000 manatlıq digər tenderinin də qalibi olmuşdu.
Aknews.az

Xəbərlər