Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqondan ibarət növbəti taxıl partiyası göndərilir.
Teleqraf xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 1023 tondur.
Yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək.
Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, sonuncu dəfə martın 9-da Azərbaycandan tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılını daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.
