Ukrayna Prezidenti: ABŞ bizə Rusiyadan daha çox təzyiq edir


Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar zamanı ABŞ-nin Kiyevə Rusiyadan daha çox təzyiq göstərdiyini bildirib.

“Bizə danışıqlar lazımdır, bu prosesi dəstəkləyirik. Ümid edirəm ki, onlar (ABŞ - red.) bizə kömək edəcəklər. Rusiyaya daha çox təzyiq lazımdır, bizə, mənə yox”, - Zelenski deyib.

Ukrayna lideri əlavə edib ki, Ukrayna ABŞ-nin tələb etdiyi bəzi güzəştlərə razılıq verib.

Aknews.az

Xəbərlər