Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqları ilə bağlı növbəti addımlar barədə qərar qəbul etməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmək istəyir.
Aknews.az-ın məlumatına görə, bu barədə AFP agentliyi xəbər yayıb.
"Prezident Zelenski öz səfərinə Ankarada Ərdoğanla başlayacaq və yalnız bundan sonra o, növbəti addımlar barədə qərar verəcək", - deyə mənbədən vurğulanıb.
İki ölkə liderinin görüşü Bakı vaxtı ilə saat 14:00-a planlaşdırılıb.