Müğənni Səidə Sultan Əməkdar artist Zaur Əmiraslanovla bağlı sərt açıqlamalar verib.
Bununla bağlı Səidə instaqramda video paylaşıb. O, Zaurun “Bakı payızı” müsabiqəsi ilə bağlı açıqlamasının yalan olduğunu bildirib:
“Buradan Zaur Əmiraslanova səslənirəm, qarşıma video çıxıb. Demisən ki, “Bakı payızı” müsabiqəsində birinci yeri sən tutmusan, onu da bölüşmüsən. Səndə o ürək var ki, nəyisə bölüşəsən?! Demisən ki, Səidə də üçüncü yeri qazanıb. Deyəsən, qocalmısan, yaddaşın gedib. Bizim hələ əlimiz-ayağımız tutur, biz köhnə tarixdə deyilik, yaxın keçmişi yaşayırıq. Yadından çıxıbsa, “Bakı payızı”nın təşkilatçısı Yalçın sağdır, get, soruş, necə oldu… Orada talantlı insanlar çox idi, birinci yer sənlə Tünzaləyə verildi. İkinci yerin sahibi mən və mənlə bərabər Dinara Əliyeva oldu. Özünü qocalığa qoyma, hər şey yaxşı yadındadır”.
Qeyd edək ki, Z. Əmiraslanov sözügedən açıqlamaları “Öz aramızda” verilişində səsləndirib.
Xatırladaq ki, “Bakı Payızı 2001”də granpri Vüsalə Əliyeva olmuş, birinci yerdə Tünzalə Ağayeva və Zaur Əmiraslanov, ikinci yerdə Səidə Sultan, Dinara Əliyeva, üçüncü yerdə Renara Şəms, Aysel Hüseynova qərarlaşmışdı./Olay.az/
Aknews.az