Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək


Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, aprelin 17-i saat 10:00-da Ağdam şəhəri, Heydər Əliyev prospekti, "İmarət" küçəsidə Ağdam, Füzuli, Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il aprelin 13-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Aknews.az

Xəbərlər