Bakunews.az xəbər portalı üçün xüsusi reportaj
Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 6/10 ünvanında yaşayan sakinlər artıq aylarla əsassız, qeyri-insani və qanunsuz təzyiqlərlə üzləşir. Vətəndaşların hüquqları tapdanır, dövlətin adı altında isə şəxsi maraqlara xidmət edən "planlar" reallaşdırılır.
Rayonun icra başçısı Coşqun Cəbrayılovun adını sakinlər artıq zarafatla deyil, acı bir reallıqla çəkir: “Günorta şam işığında axtarırıq, nə fayda...” Onlar başçının yoxluğundan və səssizliyindən bezib, sanki başsız qalmış bir rayonda yaşamağa məcbur edilib.
Bu boşluqdan “qəhrəman” kimi çıxış edənlər isə - Famil və Zöhrab adlı şəxslərdir. Onlar açıq şəkildə başçının göz yummasından istifadə edərək tikinti şərtlərini sərtləşdirir, sakinləri qanunsuz şəkildə mənzillərindən çıxarmağa çalışırlar. “Orbita” MTK-nın adı altında aparılan bu əməliyyat, əslində modern şəkildə həyata keçirilən mülkiyyət ələ keçirmə planıdır.
Vətəndaşa ya 45 min manat dəyərində mənzil, ya da təmirsiz, qeyri-yaşayışa yararsız ev vəd edilir. Amma nəticədə çıxarışlı, təmirli və tam qanuni mənzillər əlindən alınan insan, heç bir real təminat almadan küçəyə atılır. Bu hal, dövlətin hüququ, ədaləti və sosial siyasət prinsiplərinə tam ziddir.
Sakinlər bildirir ki, onların yaşadığı binalar dağıdılır, həyatları alt-üst edilir. Bu mənzərə, müharibədən çıxmış bölgələrin görüntüsünü xatırladır. Vətəndaşa “remontlu divan” qarşılığında təzyiq göstərmək, onu ailəsi ilə birgə çölə atmaq cəhdi isə sadəcə qeyri-insani deyil, həm də cinayətdir.
Eldar Əzizovun qərarını əllərində bayraq edənlər, bu qərarın içindəki hüquqi və etik yükün fərqində deyil. Onlar üçün əsas məsələ mənzil deyil, məkandır – daha dəqiq desək, gəlir mənbəyidir.
Bakunews.az olaraq bildiririk: Bu cür özbaşınalıqlara, vətəndaşın hüquqlarının tapdanmasına, başçının səssizliyi fonunda oynanılan bu çirkin oyuna son verilməlidir! Hüquq-mühafizə orqanları və dövlət strukturları bu məsələni dərhal nəzarətə götürməli, məsul şəxslər haqqında ölçü götürməlidir.
Vətəndaşın halal mülkiyyəti heç kimin şəxsi maraqlarına qurban verilməməlidir. Əgər bu gün bir binada bu baş verirsə, sabah bütün şəhəri eyni tale gözləyir...
Nizami rayon İcra hakimiyyətinin başçıdı Coşqun Cəbrayılovun sözcüsü Cavid müəllim çəkiliş zamanı münasibət bildirməhərək yazılı məlumatı verəcəyin bildirmişdi. çox təssüflə qeyd etməliyəm ki məhs elə onun özünə cavab verməyəcəksən sadəcə yola verirsən dedim. Məhs ona işlətdiyim bu kəlimə bu gün verilməyən cavabın, bizi haqlı olaraq icra başçısı sakinləri şirkətə qurban edərək şəxsi maraqlarına xidmət etdiyi düşüncəmizi təsdiq edir. Coşqun Cəbrayılov bunun əksini subut edə biləcək əlini masaya vurub dövlətin kapitalı olan insanına sahib çıxaraq edə bilər.
Bakunews.az xəbər portalı məsələnin sonadək izləyicisi olacaq!