Xətai rayonunda icra başçısı parkları veteranlara satır, yaşıllıqlar məhv edilir... - VİDEO


Xətainin icra başçısı Rafiq Quliyev veteranlara, qazilərə qayğını özünün mənfəət obyektinə çevirib...

Xətai rayonu, Sarayevo küçəsi 26 ünvanında, Əhmədli metrosu yaxınlığında yerləşən parkı içində ağacların kəsilərək yerində qanunsuz obyekt tikilməsi üçün iş getməkdədir.

Bu barədə “Alfa.tv” youtebe kanalı məlumat yayıb.

Kanalın məlumatında qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti, Bakı Şəhərsalma və Arxitektura Komitəsi isə baş verənlərə susurlar.

Qeyd edilir ki, vətəndaşların istirahəti və havanın təmizliyinin qoruması üçün nəzərdə tutulan parkda ağaclar hansısa çayxana, ya da geyim dükanına qurban veriləcək. Təbii ki, burada ilk məsuliyyət daşıyan Xətai rayon icra başçısı Rafiq Quliyevdir.

Doğrudan da, adı keçən parkda icra başçısı Rafiq Quliyevin icazəsi olmadan hər hansı bir bir sahibkarın yaşıllığı toxunmasını və parkın içində hansısa iş görməyə cürət etməsini təsəvvür etmək mümkün deyil. Bu məntiqdən kənardır.

Qeyd edək ki, paytaxt rayonları içərisində qanunsuz tikinti biznesinə, yaşıllıqların məhv edilməsinə və digər neqativ hallara görə, uzun illərdir ki, Xətai və Nizami rayonları ön sıralarda gedir. 2019-cu ildə Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə ümid var idi ki, bəlkə vəziyyət müsbətə doğru dəyişər. Amma Xətai sakinləri tam əksini müşahidə etdilər.

Özünü Birinci Qarabağ Müharibəsinin veteranı kimi qələmə verən Rafiq Quliyev icra başçısı təyin olunandan sonra rayon ərazisi, xüsusən də yaşıllıq ərazilər açıq açığına hərraca çıxarıb.

Ortada olan maraqlı iddialardan biri də odur ki, icra başçısı Rafiq Quliyev indi də II Qarabağ müharibəsinin gənc qazilərini qabağa verir və obyekt yerlərini onların adı ilə satdırır. Bu kimi hallara parkların ərazilərində yaşlııqların kəsilməsi və yerlərində biznes obyektərinin tikilməsi də daxildir. Bakı şəhər rəhbərliyi ondan bu məsələlərlə bağlı hesabat tələb edəndə isə kabinet söhbətlərində “neyləyim, irad tuturlar ki, sən özün qocaman veteran ola-ola, gənc veteranlara güzəşt eləmirsən, qeyrətimə boğuluram”, deyir.

Əlbəttə ki, veteranlara, qazilərə qayğı lazımdır, lakin bu qayğını şəxsi mənfəət obyektinə çevirmək olmaz. Çox təəssüf ki, Xətainin icra başçısı məhz bununla məşğuldur...(poliqon)

Xəbərlər