Narkotikə görə tutuldu, 12 il öncə evə basqın etdiyi də üzə çıxdı - AĞIR CƏZA


Hazırda həbsdə olan Aqil Şirəliyevin quldurluq ittihamı ilə digər cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə A.Şirəliyev 9 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, A.Şirəliyevin barəsində olan əvvəlki cəzası da toplanmaqla ona ümumilikdə 14 il müddətinə həbs cəzası təyin olunub.

Qeyd edək ki, A.Şirəliyev daha əvvəl narkotiklərin qanunsuz dövriyyəsinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmişdi.

A.Şirəliyev cəza çəkdiyi vaxt onun digər cinayət əməlinin də üstü açılıb. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə onun 2014-cü ildə quldurluq hadisəsi törətməsi müəyyən edilib.

Məlum olub ki, əvvəllər də dəfələrlə məhkum edilmiş Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub. O, ev sahibinə fiziki zor tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərərçəkmişin pul vəsaitlərini ələ keçirib.

Aknews.az

Xəbərlər