Aprelin 26-da Türkiyənin “Qalatasaray” klubu doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edicək. Türkiyənin futbol ictimaiyyəti bu oyunu “liqin taleyini müəyyənləşdirən matç” olaraq qiymətləndirir.
Türkiyə KİV-nin yazdığına görə, “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimenlə bağlı qeyri-müəyyənliyə son qoyulub. 26 yaşlı hücumçu bazar günü meydanda doğma komandasının şərəfini qoruyacaq.
Türkiyə mətbuatının ididasına görə, Osimenin səhhəti ötən həftədən qaydasına düşüb. Onun ehtiyat oyunçular skamiyasında əyləşməsi baş məşqçi Okan Burukun planı olub. 53 yaşlı mütəxəssis “Fənərbaxça”nı meydanda çıxılmaz vəziyyətdə qoymaq üçün bu addımı atıb.
Yerli media özünü yaxşı hiss edən Osimenin “Qalatasaray” - “Fənərbaxça” dərbisində sarı-qırmızılıların əsas silahı olacağını yazıb.
Qeyd edək ki, Viktor Osimen bu mövsüm “Qalatasaray”ın heyətində 29 oyuna çııxb. O, 19 qol vurub və 10 qolun ötürməsini verib.
Aknews.az