Ənvər Həsənovun səhhəti necədir? - TƏBİB-dən açıqlama


“Xalq artisti Ənvər Həsənovun vəziyyəti orta ağır qiymətləndirilir”.

OLAY yazır ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. Qeyd olunub ki, Ənvər Həsənov yanvarın 31-də saat 15:00-da Tibbi Reabilitasiya Mərkəzinə yerləşdirilib: “Hazırda Terapiya şöbəsində medikamentoz və fizioterapevtik müalicəsi davam edir”.

Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl səhhətində yaranan narahatlıqlar səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Xəbərlər