İngiltərə Ali Məhkəməsi Milli Cinayət Agentliyi (NCA) tərəfindən qaldırılmış iddia əsasında Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev ilə bağlı mühüm qərar qəbul edib.
Bizimesr.com bildirir ki, qərara əsasən, Feyziyevin xaricdəki əmlak və maliyyə aktivləri dondurulub.
Məhkəmə sənədlərindən məlum olur ki, məsələ yalnız Londonda yerləşən və daha əvvəl dondurulduğu bildirilən 22 daşınmaz əmlakla məhdudlaşmır. Araşdırma çərçivəsində deputatın Lixtenşteyndə fəaliyyət göstərən LGT Bank bankındakı şəxsi hesabına da məhdudiyyət qoyulduğu üzə çıxıb. Həmin hesabda bir neçə milyon İsveçrə frankı məbləğində vəsaitin olduğu bildirilir.
Diqqət çəkən məqam ondan ibarətdir ki, sözügedən bank hesabı hər hansı şirkət və ya üçüncü şəxsə deyil, birbaşa Cavanşir Feyziyevin adına rəsmiləşdirilib.
Oxşar iddialar daha əvvəl digər azərbaycanlı məmurların da xaricdəki aktivləri ilə bağlı səsləndirilib. Məsələn, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Andorradakı maliyyə fəaliyyətləri ilə bağlı iddialar ictimai müzakirələrə səbəb olmuşdu. / Avropada yaşayan jurnalist Cavanşir Həsənli/
Bizimesr.com
Aknews.az