Mayın 12-də Bakı Logistika Mərkəzində baş vermiş güclü yanğın zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus texniki avadanlıar və digər məhsullar yanaraq məhv olub.
Gununsesi.info-ya məlumatlı mənbələrdən daxil olan məlumata görə, nəticədə nazirliyi 38 milyon manatdan artıq ziyan dəyib.
Qeyd olunur ki, xaricdən alınan həmin mallar RİNN-in öz anbarlarına daşınması məlum olmayan səbəbdən ləngiyib.
Yanğın baş verdikdən sonra bu barədə ictimaiyyətə informasiya verilməməsi qərara alınıb.
Bu barədə RİİN-nin İctimai əlaqələr xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı Logistika Mərkəzində nazirliyə aid texniki avadanlıqlar yanmayıb, bu barədə məlumatlar doğru deyil.
Aknews.az