NYT: Hər an İrana hücum əmri verilə bilər


ABŞ Prezidenti Donald Tramp hər an İrana qarşı hərbi əməliyyatların bərpası əmrini verə bilər.

Mənbələrin sözlərinə görə, Donald Trampın ictimai açıqlamaları diqqəti yayındırmaq üçün manevr ola, hər an yeni hücum əmri verə bilər.

Nəşr İranın da yeni müharibəyə hazırlaşdığını yazıb.

NYT qeyd edib ki, İran son bir ayda atəşkəsdən istifadə edərək müharibə zamanı bombardman edilmiş onlarla ballistik raket obyektini bərpa edib, həmçinin mobil raket buraxılış qurğuları yerləşdirib.

Sitat gətirilən amerikalı hərbi rəsmiyə görə, İranın hərbi mütəxəssisləri müharibə yenidən başlayacağı təqdirdə onların qarşısını almaq məqsədilə ABŞ qırıcı və bombardmançı təyyarələrini öyrənirlər.

Nəşrı danışan bir ekspert deyib ki, İran qısa, amma yüksək intensivlikli müharibəyə hazırlaşır. Onun fikrincə, mümkün müharibədə gündə onlarla, hətta yüzlərlə raket atılması gözlənilir və körfəz ölkələri enerji infrastrukturuna, neft emalı zavodlarına və limanlarına genişmiqyaslı hücuma hazırlaşmalıdır. Başqa bir seçim isə Bab əl-Məndəb boğazını husilər vasitəsilə bağlamaqdır.

Aknews.az

Xəbərlər