Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - VİDEO


Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən "Vüsal 300" ləqəbi ilə tanınan iş adamı Vüsal Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.

Hökmə əsasən, Vüsal Abbasov iki il müəyyən vəzifə tutması qadağan edilməklə 5 il 3 ay müddətinə şərti cəza təyin edilib.

Xatırladaq ki, “Vüsal 300” bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunurdu. Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

Aknews.az

Xəbərlər