Əfqan Sadıqov azadlığa buraxıldı - Gürcüstan Avropa Məhkəməsinin qərarını icra edib


Gürcüstanda həbsdə olan "Azel TV"nin təsisçisi Əfqan Sadıqov azadlığa buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.

O bildirib ki, Gürcüstan Avropa Məhkəməsinin qərarını icra edib.

Xatırladaq ki, Əfqan Sadıqov 2024-cü ilin avqustunda həbs edilib. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əfqan Sadıqov ölkədə olmadığından beynəlxalq axtarışa verilib.
Aknews.az

Xəbərlər