Azərbaycanda polisin keçirdiyi əməliyyatlər nəticəsində 73 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da və 7-də ümumi çəkisi 73 kiloqramdan artıq narkotik vasitə və 5688 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 7440 ədəd çətənə kolu isə aşkar edilərək məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Aknews.az