Kürdəmirdə avtoqəza olub - Xəsarət alanlar var


Kürdəmir rayonunun Şilyan kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report

Aknews.az

Xəbərlər