Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb.
O, Çempionlar yolunun III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiyanın "Dinamo" (Zaqreb) və Portuqaliyanın "Benfika" komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq. K.Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli referi Filip Draqaşeviç yerinə yetirəcək.
Qeyd edək ki, "Dinamo" – "Benfika" görüşü noyabrın 25-də Xorvatiyanın Zapreşiç şəhərindəki İvan Lalyak-İviç adına stadionda keçiriləcək və saat 16:00-da start götürəcək.
Aknews.az