Zelenski Putinlə sülh danışıqlarına hazırdır


Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə müharibənin dayandırılması üzrə danışıqlara hazırdır.

“Mövqeyimizin güclü olması və sanksiyaların heç bir boşluq olmadan tam şəkildə tətbiqi üçün Avropa bu prosesdə iştirak etməlidir. Bu, istisnasız olaraq Rusiyanın aktivlərinin müsadirəsinin həyata keçirilməsi və Ukraynanın maliyyələşdirilməsinin təmin olunması üçün də lazımdır”, - Ukrayna dövlət başçısı əlavə edib.

Volodimir Zelenski həmçinin ukraynalıları qarşı tərəfin yeni hücumlarına hazır olmağa çağıraraq xəbərdarlıq edib ki, Rusiya Ukraynaya qarşı raket və dronlarla hücumları gücləndirə bilər.

Aknews.az

Xəbərlər