Qırğızıstan əcnəbiləri qanunsuz işə götürənlərə qarşı cəzaları sərtləşdirir


Qırğızıstanda xarici işçi qüvvəsinin qanunsuz cəlb edilməsi və ölkə vətəndaşlarının xaricdə qanunsuz işə götürülməsi ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi ictimai müzakirəyə təqdim edilib.

Hazırda cərimə pozuntunun özünə tətbiq olunsa da, qanunun qəbulundan sonra qanunsuz işə götürülmüş hər bir xarici işçi üçün də hesablanacaq.

Qaydaların sərtləşdirilməsinə Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatları səbəb olub. 2023-cü ildə 59 belə pozuntu aşkarlandığı halda, 2025-ci ildə bu rəqəm 265-ə yüksəlib. 2026-cı ilin ilk beş ayında əlavə 106 hal qeydə alınıb. Son iki ildə aşkarlanan pozuntuların sayı 4 dəfədən çox artıb.

Qırğızıstan vətəndaşlarını xaricdə lisenziyasız işə götürən və ya onun şərtlərini pozan şirkətlər və vasitəçilər üçün də cərimələrin artırılması təklif olunur.

Daxili İşlər Nazirliyi hesab edir ki, mövcud cərimələr qanun pozucularının gəlirləri üçün uyğun deyil və kifayət qədər çəkindirici təsir göstərmir. Qanun layihəsi kölgə əmək bazarı ilə mübarizə aparmaq, işçilərin hüquqlarını qorumaq və əmək miqrasiyasına nəzarəti gücləndirmək məqsədi daşıyır.

Aknews.az

Xəbərlər