İŞİD lideri Suriyada öldürüldü


ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində hava hücumu nəticəsində İŞİD terror təşkilatının liderini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

Bildirilib ki, hərbi əməliyyat Əli Hüseyn əl-Ülaviyə qarşı həyata keçirilib.

Hadisə iyunun 19-da baş verib. Hadisənin dəqiq yeri və şəraiti göstərilməyib.

Mərkəzi Komandanlıq qeyd edib ki, hava kampaniyası Vaşinqtonun xaricdəki amerikalılara və ya ABŞ-yə hücum etmək istəyən terrorçularla mübarizə səyləri çərçivəsində keçirilib.

Aknews.az

Xəbərlər