Qazaxıstanın Avropa İttifaqı (Aİ) ilə viza və readmissiya sahəsində apardığı danışıqlar üçüncü ölkə vətəndaşlarının qəbulu ilə bağlı öhdəliklərin götürülməsi üçün əsas ola bilməz.
O, qeyd edib ki, rəsmi Astana Aİ və ya onun üzv dövlətləri ilə Qazaxıstan ərazisində xarici vətəndaşların qəbulu, saxlanılması, tranziti və ya yerləşdirilməsi üçün mərkəzlərin yaradılması istiqamətində heç bir danışıqlar aparmayıb:
"Söhbət Avropa dövlətlərindən geri qaytarılması və ya deportasiyası nəzərdə tutulan, Qazaxıstan vətəndaşı olmayan şəxslərin yerləşdirilməsindən gedir. Ölkəmiz bu cür öhdəliklər götürməyib və bu istiqamətdə dialoq mövcud deyil".
Aknews.az