Qazaxıstan Nəqliyyat Nazirliyi 37 sərhəd-keçid məntəqəsini yenidən qurur.
O qeyd edib ki, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi çərçivəsində yeni yoxlama-nəzarət (inspeksiya) kompleksləri quraşdırılacaq, sərnişinlər və yükdaşıyıcıları üçün daha rahat gözləmə zonaları yaradılacaq.
Qazaxıstanda “E-Joldar” avtomobil yolları üzrə vahid informasiya sistemi hazırlanır. Bu sistem avtomobil yollarının milli operatorunun, Milli Keyfiyyət Mərkəzinin və Elmi-Tədqiqat İnstitutunun məlumatlarını vahid platformada birləşdirəcək.
Sistemə yolların vəziyyəti, təmir işləri, ictimai nəzarət və inzibati idarəetmə ilə bağlı məlumatları əks etdirən modullar daxil ediləcək.
Hazırda sistem sınaq rejimində fəaliyyət göstərir.
Anar Qabdullina əlavə edib ki, yükdaşımaların həcmini artırmaq məqsədilə nəqliyyat dəhlizlərində dar keçid sahələrinin genişləndirilməsi istiqamətində işlər də davam etdirilir.
Aknews.az