Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ordusunun 5000 nəfərdən ibarət qrupunun Starıy Oskol rayonunda mühasirəyə alındığı barədə bəyanatı təkzib edilib.
Açıqlamada xatırladılıb ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Belqorod vilayətinin şimal-şərqində yerləşən rayon istiqamətində irəliləmək məsələsi üzərində işləyir:
“Əminik ki, Rusiya lideri öz ordusunun döyüş qabiliyyəti barədə bizdən daha dolğun məlumata malikdir. Buna görə də Starıy Oskol uğrunda döyüşləri onun tərəfindən verilmiş bir anons kimi qəbul etməyi təklif edirik”.
Xatırladaq ki, Vladimir Putin bundan əvvəl 5000 nəfərlik Ukrayna qrupunun mühasirəyə alındığını, onların tezliklə Rusiya ordusu tərəfindən məhv olunacağını açıqlamışdı.
Aknews.az