23 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü


Azərbaycanəsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub.
"Unikal" xəbər verir ki, Bolnisi rayonunun Kazreti qəsəbə sakini, 23 yaşlı Elvar Sariyev dostları ilə birlikdə istirahət məqsədilə göl kənarına gedib. Məlumata görə, o, göldə çimərkən boğularaq ölüb.

Qeyd edək ki, Elvar Sarıyevin işləmək məqsədilə Polşaya getdiyi bildirilir.
Aknews.az

Xəbərlər