Manuel Noyer Almaniya millisində karyerasını başa vurdu


Almaniya yığmasının məşhur qapıçısı Manuel Noyer milli komandada karyerasını başa vurduğunu bəyan edib.

"Bütün bunların məhz bu şəkildə yekunlaşması olduqca acınacaqlıdır", - deyə qapıçı bildirib.

40 yaşlı almaniyalı dünya çempionatlarında keçirdiyi matçların sayına görə qapıçılar arasında rekorda sahibdir (23 oyun). O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu tituluna sahib çıxıb.

Qeyd edək ki, Almaniya yığması dünya çempionatında (DÇ-2026) mübarizəni 1/16 final mərhələsində, Paraqvay komandasına uduzaraq dayandırıb.

Aknews.az

Xəbərlər