ABŞ NATO üzrə müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq öhdəliyi barədə hesabat gözləyir.
“Gələn həftə Ankarada NATO sammitiı keçiriləcək, ötən ilki Haaqa görüşündə hamımızın 5 faiz barədə razılığa gəldiyi ilk hesabat orada olacaq”, - o deyib.
Uitaker bildirib ki, ABŞ-nin hərbi xərcləri bu həddi aşır, Vaşinqton müttəfiqlərindən daha çox töhfə gözləyir.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında Haaqa şəhərində keçirilən sammitdə NATO liderləri ABŞ-nin təşəbbüsü ilə müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5 faizinə çatdırmaq barədə razılığa gəliblər.
Alyansın 2026-cı il sammitinin 7-8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilməsi planlaşdırılır.
Aknews.az