Azərbaycanlı iş adamı Qod Nisanova məxsus Moskvanın Şolkoviskaya prospektindəki “Mandarin” Ticarət Mərkəzində insident baş verib.
Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, kriminal aləmdə “Zayka” kimi tanınan Azərbaycan əsilli Zaur Əliyev və onun qardaşı Azər Əliyev çoxsaylı tərəfdarları ilə həmin ticarət mərkəzində fəaliyyət göstərən iş adamları qarşısında tələb qoyub.
Bu tələbə görə bazarda obyekt işlədən azərbaycanlılardan pul tələb olunub.
Buna etiraz edənlər isə ölümlə hədələnib.
Tələb irəli sürən şəxslər bundan sonra ticarət mərkəzində çalışan şəxslərin onların nəzarətində olacağını və hər ay onlara pul verməli olduqlarıni bəyan edib.
Təqdim etdiyimiz video görüntülərdə bu tələbi irəli sürən şəxslərin bazarda dolaşdığı görünür.
Onu da xatırladaq ki, bu dəstə Moskvanın məşhur Food Sity bazarında çalışan Şəmkirdən olan iş adamı Cəlal Məmmədovdan da pul tələb edib. O, bundan imtina etdiyi üçün öz evinin qarşısında ölümcül döyülüb.
