"Atamın vəziyyəti ağır olaraq qalır".
Bu sözləri Teleqraf-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə deyib.
O bildirib ki, Xalq şairi hazırda süni tənəffüs aparatına qoşulub:
"Atamın huşu aydın deyil. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir".
Qeyd edək ki, Nəriman Həsənzadə bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Aknews.az