MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...


Özünü “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri kimi təqdim edən, əslində isə sahibkarlara qarşı açıq quldurluq əməlləri ilə diqqətə gələn Nazim Tahirovla bağlı dünən müəyyən faktları təqdim etdik. Aydın olurdu ki, ədliyyə nazirliyinin məhkəmə qərarlarının keçmiş baş icraçısı Nurəddin Mustafayevə güvənərək onlarla sahibkara qan udduran Nazim Tahirov yenidən İŞ BAŞINDADIR...
"DİA-AZ" vurğulayır ki, özünü hər yerdə "MƏHKƏMƏLƏR KRALI" kimi təqdim edən N.Tahirov dəfələrlə olub ki, hədəfə aldığı iş adamlarına "məhkəmə kimdir... hakim də mənəm, məhkəmə də mənəm, qanun da mənəm" deyərək istədiyi məhkəmə qərarını çıxarda biləcəyini gizlətməyib. Bu vaxta qədər öz maraqları naminə Ali Məhkəmə nədir, hətta Konstitusiya Məhkəməsinin qərarlarını dəyişdirdiyini söyləyən Nazim Tahirov məhz bütün bu quldur əməllərində ortağı olan korrupsioner məmurlara sığındığını az qala fərəhlə söyləyir. Hətta Ali Məhkəmə sədrinin belə onu durdura bilməyəcəyini nümayiş etdirir...

Bəli, əziz oxucular, məhz qanunsuz məhkəmə qərarları hesabına ayrı-ayrı sahibkarların qanuni mal və mülklərini ələ keçirən Nazim Tahirov bu gün də iş başındadır. Hətta gücünün üstünə güc qataraq hədəfə aldığı iş adamlarını açıq ölümlə də təhdid edir.

Onlardan biri də zamanında kifayət qədər imkanları olmuş Alim Lətifov adlı sahibkardır. Nazim Tahirov onu nəinki müflis duruma salıb, hətta bu gün özü ilə bərabər Lətifovun ailə üzvlərini də ÖLÜMLƏ HƏDƏLƏYİR.

Bu barədə "DİA-AZ"a danışan Alim Lətifov bildirir ki, külli miqdarda pulunu ələ keçirən Nazim Tahirov onu zərərsizləşdirmək üçün öldürmək fikrinə düşüb:

"Mən bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm və yenə də mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək kömək istəyirəm. Mənim can güvənliyim təhlükədədir.

Görün, hansı zəmanədə yaşayırıq ki, mən küçəyə tək çıxa bilmirəm. Ailə üzvlərim də eləcə... Onların da həyatı təhlükədədir.

Nazim Tahirov mənim milyonlarımı mənimsədi və özünü o qədər arxayın hiss edir ki, ölümlə hədələməkdən belə çəkinmir".

Qeyd edək ki, artıq Daxili İşlər Nazirliyi tərəfindən Nazim Tahirovun müəyyən cinayət əməlləri ilə bağlı hüquqi araşdırmalara da start verilib, hətta konkret cinayət işi açılıb. Bu işdə də zərərçəkənlərdən biri olan Alim Lətifov hüquq-mühafizə orqanlarına müraciət edərək daha operativ addımların atılmasını xahiş edir: " Bu gün Azərbaycan polisi var gücü ilə çalışır və ölkədə tam olaraq əmin-amanlığa nail olub. Amma Nazim Tahirov kimi quldurlar, onu himayə edənlər sanki düşmən kimi davranaraq aranı qarışdırırlar ".

Bildirək ki, Azərbaycanın məhkəmə sistemini özünün oyuncağı hesab edən Nazim Tahirovun yeni quldur əməlləri barədə növbəti faktları da açıqlayacağıq. Hansı məmurların hansı hoqqabazlıqlara getdiyini biləcəksiniz... Bizi izləməyə davam edin...
Aknews.az

Xəbərlər