Bakı Dövlət Universitetinin (BDU) tələbələri təqaüdlərin verilməməsi ilə bağlı narazılıq edirlər.
Yeniavaz.com-a müraciət edən bəzi tələbələr bildirirlər ki, bununla bağlı onların suallarına Universitetdən cavab da verilmir.
“Digər universitetlərdə yay aylarının təqaüdü oktyabr ayında ödənilir. Amma BDU-da belə deyil. Yayda da vaxtlı-vaxtında ödənilir. Amma bu dəfə yubadırlar”, - tələbələrdən biri bildirib.
Qeyd edək ki, Universitetin sosial media hesablarında edilən paylaşımlara tələblər kütləvi şəkildə şərh yazaraq təqaüdlərin və ya nə vaxt ödəniləcəyi ilə bağlı məlumatın verilməsini tələb ediblər.


