İstanbulda 57 yaşlı Azərbaycan vətəndaşı Lətifə İbadova evdə ölü tapılıb.
Aknews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun meyiti polis tərəfindən aşkarlanıb.
İlkin məlumata görə, qadının bədənində hər hansı kəsici alət izinə rast gəlinməyib. Qeyd olunur ki, evdə narkotik vasitə də aşkar edilib.
Qadının meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya, İstanbul Ədli Tibb Qurumu morquna göndərilib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.