Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi


Deyəsən ya idarəni ləğv ediblər ya da ki, Ceyhun bəy sakitcə oturub dövlətin pulunu həzm-rabedən keçirir. Adamdan soruşan da yoxdur ki, sən orada nə işlə məşğulsan. Əvvəllər keçmiş rəhbərliyin vaxtında vaxtaşırı rayonun Sosial İqtisadi vəziyyəti haqqında mətbuatda geniş statistik məlumatlar dərc olunurdu. İndi rayonun Sosial İqtisadi vəziyyəti haqqında ən kiçik məlumata belə rast gəlmək mümkün deyil.
Ya Bərdə rayonunda ortaya çıxarılası bir iş, fəaliyyət yoxdur ki, statistika idarəsi susur. Ya da ki, Statistika idarəsinin rəhbərinin başı "başqa" işlərə qarışıb.
P.S. Əslində Tahir Budaqovdan sonra bütün yerli rəhbərlər sanki yatıblar . Bərdədəki cənab isə "QIŞ YUXUSUNA" gedib, onu oyadası rayon rəhbəri də "YOXDUR".
Şahin Əhmədov
TEREF

Aknews.az

Xəbərlər