Çempionlar Liqası: “Sabah” bu gün “Orhus”u qəbul edir


“Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Qarşılaşma “Bank Respublika Arena”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk matç “Orhus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Aknews.az

Xəbərlər