Bayram Məmmədovun həbs edilən qardaşı vəfat edib. Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada dünyasın dəyişib. Onun vəfatının səbəbi hələlik bilinmir.
Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.
Məsələ ilə bağlı Penitensiar xidmətin və TƏBİB-in mətbuat xidmətlərinə sorğu göndərilib.
Aknews.az