Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək.
Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 17 idmançı ilə yollanıb.
Boksçular sentyabrın 10-da yekunlaşacaq toplanışda Gürcüstan, Belarus və İsraillə birgə məşq edəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.
Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.
Aknews.az