Azərbaycanda rəsmi icazəsi olan plastik cərrahların sayı 46-ya yüksəldi


Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha bir həkim-mütəxəssis əlavə olunub.

Məlumata əsasən, siyahıya həkim-mütəxəssis Həsənli Abidin Nəsib oğlu daxil edilib.

Sonuncu dəyişiklikdən sonra ölkə ərazisində plastik cərrahiyyə sahəsində qanuni praktik tibb fəaliyyəti hüququ olan həkimlərin ümumi sayı 46 nəfərə yüksəlib.

Aknews.az


Xəbərlər