"Formula 1" üzrə Azərbaycan Qran-prisi "Ferrari" pilotu Şarl Leklerin zövq aldığı yarışlardan biridir.
Sürücü bu barədə Bakıdakı mətbuat konfransında açıqlama verib.
O, həftəsonu baş tutacaq turnirlə bağlı təəssüratlarını bölüşüb:
"Bakıdakı Qran-pri zövq aldığım yarışlardan biridir. Sıralama turları burada mənim üçün yaxşı keçib. Amma əsas yarışlar daha çətin olub. Ümid edirəm ki, bu dəfə bunu düzəldə biləcəyik".
Ş.Lekler cari mövsüm sıralama turlarında çətinlik çəkdiklərini deyib:
"Komanda yoldaşım və mən qalib gəlmək istəyirik. Aramızda rəqabət var. Amma eyni zamanda komanda olaraq da qələbə qazanmaq niyyətindəyik. Bizim üçün prioritetlərdən biri budur".
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
Aknews.az