Arvadını 12 güllə vurub öldürdü


Rusiyada kişi arvadını öldürüb.

"AKnews" yerli mediaya istinadla bildirir ki, hadisə Trans-Baykal vilayətinin Moqoç şəhərində baş verib.

Məlumata görə, ər-arvad daimi münaqişələr səbəbindən uzun müddət birlikdə yaşamayıblar. Cinayət törədilən gün kişi arvadını təqib edib.

Kişi qadına çataraq, ona tapançadan 12-dən çox atəş açıb.

Nəticədə 31 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.//lent.az//

Xəbərlər