BİNƏQƏDİDƏ QAZ SAYĞACLARI ƏTRAFINDA CİDDİ İDDİALAR! “AZƏRİQAZ” NƏ ZAMAN AÇIQLAMA VERƏCƏK?


9 qaz sayğacının foto faktı ictimaiyyətə təqdim olunub — indi növbə aidiyyəti qurumların cavabındadır!
Telexeber.az olaraq Binəqədi rayonunda qaz sayğaclarının quraşdırılması və qeydiyyatı ilə bağlı ciddi suallar doğuran iddiaları foto materiallarla birlikdə ictimaiyyətin diqqətinə çatdırmışıq.

https://telexeber.az/gundem/27107-binqdid-qaz-sayaclarnn-quradrlmas-il-bal-ciddi-suallar-9-fakt-fotosu-aradrma-tlb-edir.html

İddialar arasında sənədləşmə məsələləri, sayğacların faktiki quraşdırıldığı ünvanlarla qeydiyyat məlumatlarının uyğunluğu və 4000–5000 manat məbləğində ödəniş tələb olunduğu barədə məlumatlar da var. Bu iddiaların hər biri araşdırılmalı, faktlar rəsmi sənədlərlə yoxlanılmalıdır.

Məsələ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi və İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyevin diqqətinə çatdırılıb.

İndi ictimaiyyət konkret cavab gözləyir!

???? Sayğaclar hansı sənədlər əsasında quraşdırılıb?

???? Faktiki ünvanlarla qeydiyyat məlumatları üst-üstə düşürmü?

???? 4000–5000 manatlıq ödəniş iddiaları araşdırılacaqmı?

???? Binəqədi qaz idarəsində mümkün qanun pozuntularına görə xidməti yoxlama aparılacaqmı?

Sükut sualları artırır, rəsmi açıqlama isə gözləntiləri aydınlaşdıra bilər

https://telexeber.az/gundem/27076-binqdi-qaz-idarsind-sayac-qalmaqal-6-il-istifad-ediln-sayac-niy-birdn-bir-skld-qanun-hamya-eyni-ttbiq-olunurmu.html

Telexeber.az aidiyyəti qurumdan ümumi bəyanat deyil, təqdim olunan foto materiallar və konkret iddialar üzrə aydın, əsaslandırılmış cavab gözləyir.

Məqsəd heç bir ailəni qazsız qoymaq deyil. Məqsəd mümkün qanun pozuntularını üzə çıxarmaq, şəffaflığı təmin etmək və qanun qarşısında hamının bərabər olmasına nail olmaqdır.

İndi hər kəs səbirsizliklə “Azəriqaz”ın cavabını gözləyir!

Telexeber.az — məsələ ictimailəşdirildi, indi cavab və araşdırma vaxtıdır!

Qeyd: Səsləndirilən məlumatlar araşdırılmalı iddialardır. Onların təsdiqi aidiyyəti qurumların yoxlaması və sübutlarla müəyyən edilməlidir. Redaksiya qarşı tərəfin rəsmi mövqeyini dərc etməyə hazırdır.

Aknews.az

Xəbərlər