Quba şəhərinin 30–32-ci məhəllələri ərazisində qanunsuz olduğu iddia edilən tikinti işləri ilə bağlı ciddi narahatlıq yaranıb.
Ərazidə Vüqar Paşayevin direktoru olduğu “Saving İnşaat” MMC tərəfindən aparılan tikintinin müvafiq dövlət qurumlarının icazəsi olmadan həyata keçirildiyi bildirilir.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 19 mart 2026-cı il tarixində sözügedən tikinti işlərinin dayandırılması ilə bağlı rəsmi qərar qəbul edilib.
Lakin iddialara əsasən, şirkət nazirliyin qərarına baxmayaraq tikinti işlərini davam etdirir. FHN-in rəsmi qərarının icrasına kim nəzaTikintinin dayandırılması barədə qərardan sonra işlərin davam etdirilməsinə hansı qurum müdaxilə etməlidir?
Quba şəhərinin 30–32-ci məhəllələrində aparılan tikintinin hüquqi əsasları, torpaq sahəsinin təyinatı və tikintiyə verilmiş icazələrin olub-olmaması aidiyyəti dövlət qurumları tərəfindən aydınlaşdırılmalıdır. Fövqəladə Hallar Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Bizimesr.info
Aknews.az