Redaksiyamıza daxil olan məlumatlar “İnterneyşnl Medikl Sentr-2”də çalışan Seymur Məmmədovun peşə fəaliyyəti ilə bağlı ciddi suallar doğurur.
İddialara görə, adıçəkilən şəxs tibb müəssisəsində ümumi cərrah kimi rəsmiləşdirilsə də, faktiki olaraq estetik və plastik cərrahiyyə əməliyyatları həyata keçirir. Daha diqqətçəkən məqam isə bu fəaliyyətin gizli saxlanılmaması, əksinə, Seymur Məmmədovun özünün Instagram hesabında müxtəlif estetik və plastik müdaxilələrlə bağlı paylaşımlar etməsidir.Burada əsas sual olduqca konkretdir: Ümumi cərrah kimi sənədləşdirilən bir həkimin estetik və plastik cərrahiyyə əməliyyatları aparmaq üçün müvafiq ixtisası, sertifikasiyası və qanunvericiliyin tələb etdiyi digər hüquqi əsasları varmı? Söhbət adi kosmetik prosedurlardan deyil, insan sağlamlığına və həyatına birbaşa təsir edə biləcək cərrahi müdaxilələrdən gedir. Plastik və estetik əməliyyatlar xüsusi peşə hazırlığı, müvafiq ixtisas səriştəsi və qanuni fəaliyyət hüququ tələb edən sahədir. Tibb müəssisəsinin rəhbərliyinin bu fəaliyyətdən xəbərdar olub-olmaması da cavablandırılmalı suallardandır.Səhiyyə Nazirliyi bu məsələyə formal yanaşmamalı, təqdim edilən məlumatları hərtərəfli yoxlamalıdır. Çünki burada söhbət yalnız sənədlərdəki ixtisas adından deyil, insanların sağlamlığından, təhlükəsizliyindən və tibb sisteminə olan etimadından gedir.Redaksiyamıza daxil olan başqa bir məlumata görə, avqustun 7-də “Kəpəz” Hospitalda Seymur Məmmədovtərəfindən həyata keçrilən plastik əməliyyatdan sonra həyatını itirən türkəsilli, Almaniya vətəndaşı Tulin Turpun ailə üzvləri faciədən sonra təzyiq və hədə-qorxu ilə üzləşdiklərini iddia edirlər. Həmin vaxt qorxu və psixoloji təzyiq altında qalan ailə indi hüquqlarının müdafiəsi üçün Azərbaycanda tanınmış vəkillərdən biri ilə müqavilə bağlayıb. Mərhumun yaxınları Seymur Məmmədovun məsuliyyətə cəlb olunması tələbi ilə Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıblar.
Bir daha vurğulayırıq: heç kim qanundan üstün deyil. Həkim olmaq böyük məsuliyyətdir, cərrahi müdaxilə aparmaq isə daha böyük peşəkarlıq və hüquqi əsas tələb edir.
Mövzu diqqətimizdədir!
Mediatvaz.com
Aknews.az