Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) İctimai Təhlükəsizlik və Polis Akademiyası ilə Azərbaycan DİN-nin Polis Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN-dən bildirilib.
Memorandum akademiyalar arasında əməkdaşlığın dərinləşdirilməsini, birgə təhsil və peşə təşəbbüslərinin həyata keçirilməsini, təcrübə və qabaqcıl iş metodlarının bölüşülməsini, həmçinin kadrların hazırlanması və ixtisas artımı sahələrində tərəfdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
Aknews.az