Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin sənaye və tikinti naziri Yersayın Naqaspayevi vəzifəsindən azad edib.
"Dövlət başçısının fərmanı ilə Yersayın Naqaspayev Qazaxıstanın sənaye və tikinti naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, 46 yaşlı Y.Naqaspayev 2025-ci ilin fevralından həmin vəzifəni tuturdu.
Aknews.az