"Doğtaş" MMC-nin dövlətə vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətin dövlətə vergi borcu 31497 AZN-dir.
Bildirək ki, nizamnamə kapitalı 1185010 AZN olan "Doğtaş" MMC-nin qanuni təmsilçisi Lokman Kartaldır.
Şirkətin məlumatında qeyd edilib ki, DOĞTAŞ MMC AZƏRBAYCAN 2008-ci ildən etibarən Azərbaycanda, Bakıda 4 Doğtaş və 3 Kelebek mağazası ilə fəaliyyət göstərir.
Doğtaş Mobilya Türkiyənin ən böyük mebel istehsal edən şirkətlərindən biridir.