Triatlonçularımız Özbəkistanda uğurlu nəticə göstəriblər


Azərbaycanlı triatlonçular Özbəkistan Açıq çempionatında uğurlu nəticə göstəriblər.
Azərbaycan Triatlon Federasiyasının Mətbuat Xidmətindən Aknews.az-a verilən məlumata görə, Əli Rzazadə 43 iştirakçı arasında bütün rəqiblərini geridə qoyaraq birinci yerin sahibi olub.

Elit kateqoriyada çıxış edən Leyla Abduləzizova 13 qadın idmançı arasında ikinci yeri tutaraq fəxri kürsüyə qalxıb.

Tural Atakişiyev isə "Age Group" (18-25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yerə çıxıb.

Xəbərlər